featured-image-65916

“Çelsi”yə Fransa millisi və “Milan”ın qapıçısı Mayk Menyanı transfer edə bilər.

Msport.az xəbər verir ki, London klubu 29 yaşlı qolkiperin transferi ilə bağlı qarşı tərəfə müraciət edib.

Qapıçının “rossoneri”lərlə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

2024/25 mövsümündə Menyan bütün turnirlərdə 53 oyun keçirib, 59 top buraxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.

Bənzər xəbərlər