“Çelsi” mübarizəyə qoşuldu – milli üzvü uğrunda
“Leypsiq”dən ayrılmaq istəyən Xavi Simons daha bir klubun maraq dairəsinə düşüb.
Msport.az xəbər verir ki, “Çelsi” niderlandlı futbolçunun nümayəndələri ilə görüşüb.
London klubunun 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin transferi üçün tələb olunan 70 milyon avronu ödəməyə hazır olduğu bildirilib. Tərəflərin bu gün trransferin detallarını müzakirə edəcəklərini gözlənilir. “Barselona” və “Arsenal” Simonsla maraqlansa da, almanların transfer tələbindən imtina ediblər.
Qeyd edək ki, “Leypsiq”lə 2027-ci ilin yayına kimi müqaviləsi olan Xavi Simons ötən mövsümdə 33 oyunda 11 qol və 8 ötürmə yadda qalıb.