featured-image-23065

PSJ-nin braziliyalı hücumçusu Neymar “Çelsi”yə keçə bilər. Msport.az xəbər verir ki, bu iddianı Fransanın “Le Parisien” nəşri səsləndirib.

Mənbənin sözlərinə görə, London klubunun sahibi Ted Bouli PSJ-nin rəhbəri Nasser Əl-Xəlayfi ilə nahar edərək məsələ barədə fikir mübadiləsi aparıblar. “Zadəganlar”  Braziliya millisinin üzvünün transferində maraqlıdır və buna görə, Paris klubuna 60 milyon avro ödəməyə hazırdırlar.

Bir müddət əvvəl Fransa təmsilçisinin yayda Neymarla vidalaşmağın əleyhinə olmadığına dair xəbərlər yayılmışdı. Hücumçu özü Paris klubunu tərk etmək istəmir. O, yalnız bir halda PSJ-dən gedə bilər ki, aşkar şəkildə desinlər ki, “bizə lazım deyilsən”.

31 yaşlı futbolçu bu mövsüm 28 oyunda 17 qol vurub və 16 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər