featured-image-47032

Tyaqo Silva mövsümün sonunda “Çelsi”ni tərk edəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Braziliyalı futbolçu London klubundan azad agent kimi ayrılacaq. Artıq bununla bağlı qərar verilib və yaxın vaxtlarda açıqlanacaq. Müdafiəçi yayda “Çelsi”nin yeni müqavilə təklifindən boyun qaçırmışdı.

Braziliyanın “Fluminense” klubunun xeyli vaxtdır Silva ilə maraqlandığı bildirilir.

39 yaşlı oyunçu 2020-ci ilin avqustundan “zadəganlar”ın şərəfini qoruyur. Onun klubla müqaviləsi 2024-cü ilin iyununa kimidir.

Qeyd edək ki, Silva cari mövsümdə 32 oyunda meydana çıxıb və 4 qol vurub.

 

Bənzər xəbərlər