“Çelsi”ni “Real”a dəyişə bilər
“Real” heyətinə yeni futbolçu qatmaq niyyətindədi.
Msport.az xəbər verir ki, Madrid klubu “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandeslə yaxından maraqlanır.
İspaniya təmsilçisi Fernandesin əvəzində Orelyen Tçuamenini qarşı tərəfə göndərməyə razıdı. Əslində, “Çelsi” rəhbərliyi Enzo ilə əməkdaşlığı dayandırmaq niyyətində deyil. Lakin Tçuameni variantının gündəmə gəlməsi onları düşünməyə vadar edib.
Qeyd edək ki, 24 yaşlı Enzo Fernandesin transferi dəyəri 75 milyon avrodu.