“Çelsi”nin 114 illik antirekordu yeniləndi
“Çelsi”nin İngiltərə Premyerliqasındakı uğursuz çıxışı tarixi antirekordla nəticələnib.
Msport.az xəbər verir ki, London təmsilçisi çempionatda keçirdiyi son beş qarşılaşmanın hamısında məğlub olub və bu oyunların heç birində rəqib qapısına yol tapa bilməyib.
Klub tarixində sonuncu dəfə belə hadisə 114 il əvvəl baş verib. Hücum xəttindəki kəskin kəsirlər və müdafiədəki səhvlər komandanın turnir cədvəlindəki mövqeyinə də ciddi zərbə vurub. Xüsusilə son turda “Brayton”a qarşı 0:3 hesablı darmadağın azarkeşlərin səbrini daşırıb.
London təmsilçisinin qol həsrəti çəkdiyi bu qara zolaq “Nyukasl”a minimal hesablı (0:1) məğlubiyyətlə başlayıb. Daha sonra “Everton”a 3:0, “Mançester Siti”yə 0:3 və “Mançester Yunayted”ə 0:1 hesabı ilə uduzan komanda, nəhayət “Brayton” səfərindən də üç cavabsız qolla qayıdıb. Beləliklə, paytaxt klubu son beş matçda rəqib qapılarına yol tapa bilməyərək ümumilikdə 11 qol buraxıb.
Komandanın baş məşqçisi Liam Rosenior hər nə qədər zədəli futbolçuların, xüsusən də Koul Palmerin yoxluğundan şikayətlənsə də, rəqəmlər vəziyyətin kritik olduğunu göstərir. “Çelsi” növbəti oyunlarda bu qol həsrətinə son qoya bilməsə, avrokubok zonasından daha da uzaqlaşacaq.







