featured-image-44212

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Mauritsio Poçettino “Lids Yunayted”ə qarşı keçirəcəkləri ölkə kubokunun 1/8 final mərhələsinin oyunu barədə danışıb.

Msport.az xəbər verir ki, mütəxəssis onları çətin qarşılaşmanın gözlədiyini söyləyib.

O, matçda xoş atmosferin olacağını vurğulayıb: “Azarkeşlərin məyusluğunu başa düşürəm. Amma yenə də onların köməyinə ehtiyacımız var. Rəqibi beş min azarkeş dəstəkəyəcək”.

Qeyd edək ki, bu reallaşacaq “Çelsi” – “Lids Yunayted” oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Bənzər xəbərlər