“Çelsi”nin futbolçusu Almaniya klubuna keçir
İngiltərənin “Çelsi” klubunun futbolçusu Renato Veyqanın qışda London təmsilçisindən ayrılacağı gözlənilir
Mport.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Portuqaliya millisinin üzvü Almaniyanın “Borussiya”(Dortmund) klubuna keçməyə hazırlaşır.
Artıq tərəflər arasında danışıqlar başlayıb. “Zadəganlar” 21 yaşlı futbolçu üçün 20 milyon funt sterlinq təzminat tələb edir. Dortmund klubu isə Veyqa üçün lazımı məbləği ödəməyə hazırdır.
O, “Sportinq”, “Auqsburq”, “Bazel”də oynadıqdan sonra 2024-cü ildə “Çelsi”yə keçib.