“Çelsi”nin futbolçusu “Fənərbağça”da
“Fənərbağça” “Çelsi”nin futbolçusu Ben Çiluellini transfer edib
Msport.az “The Sun”a istinadən xəbər verir ki, Türkiyə klubu 27 yaşlı müdafiəçini icarəyə götürüb.
Belə ki, ingilis müdafiəçi mövsümün sonuna qədər “Fənərbaxça”da oynayacaq.
“Çelsi”nin baş məşqçisi Enzo Mareska Beni sərəncamında görmək niyyətində deyildi.
Ona görə də, sol cinah müdafiəçisi özü Türkiyəyə yollanmağa razılıq verib.
27 yaşlı futbolçu 2020-ci ildə “Lester”dən “Çelsi”yə keçib.