featured-image-49295

İngiltərənin “Çelsi” klubunun futbolçusu Armando Broya komandasını dəyişməyə çox yaxındır.

Msport.az xəbər verir ki, albaniyalı futbolçu İngiltərənin başqa klubuna keçəcək.

Broya karyerasını “Everton”da davam etdirə bilər. Mersisayd təmsilçisi 22 yaşlı hücumçu və “Çelsi” ilə danışıq aparır. Danışıqlar müsbət nəticələnsə, “Everton” 35 milyon avrosundan keçməlidi.

Broyanın “Çelsi” ilə müqaviləsi 2028-ci il yayına qədərdi.

Bənzər xəbərlər