“Çelsi”nin futbolçusu İtaliyaya qayıtdı
İtaliyalı futbolçu Çezare Kazadei ölkəsinə qayıdıb.
Msport.az xəbər verir ki, “Çelsi”nin yarımmüdafiəçisi “Torino”ya keçib. 22 yaşlı orta sahə oyunçusu A Seriyası klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb. Bu transfer “Çelsi”yə 13 milyon avroya başa gəlib.
Qeyd edək ki, Çezare Kazadei bu mövsüm “Çelsi”nin heyətində 6 oyunda 1 qol vurub.