“Çelsi”nin futbolçusu La Liqa klubunda
La Liqası təmsilçisi “Vilyarreal” “Çelsi”nin müdafiəçisi Renatu Veyqanı transfer edib.
Msport.az xəbər verir ki, portuqaliyalı oyunçu ispanlarla 2032-ci ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Renatu Veyqa ötən mövsümün ikinci yarısını icarə əsasında “Yuventus”un heyətində keçirib.