featured-image-24824

Fransa millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante kriminal qruplaşmanın hədəfinə çevrilib. Msport.az xəbər verir ki, bununla bağlı “France Football” araşdırma edib.

Futbolçunun razılığı olmadan tanışları onu kriminal dəstələrlə əlaqələri olan qeri-qanuni menecerlərin mübahisələrinə alət ediblər.

2017-ci ildə dayaq yarımmüdafiəçisinin başına belə bir hadisə gəlib: cinayətkar zor gücünə Fransa yığmasının oyunçusunu maşına otuzdurub. Orada Kantenin ayağına tapançanı tuşlayaraq onu menecerini dəyişməyə sövq edən sənədi imzalatdırıblar.

Buna görə məsuliyyət daşıyan “menecerlər” neçə illərdir ki, Kantenin futbolçu karyerasından gəlir əldə edirlər.

Futbolçunun ətrafındakı şəxslərdən biri bildirib ki, nə qədər ki, gec deyil, Kante psixoloji sağlamlığı baxımından karyerasını bitirsə, yaxşıdır”.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər