“Çelsi”nin hücumçusu zədəsini sağaltdı
İngiltərənin “Çelsi” klubunun futbolçusu Kristofer Nkunku zədəsini sağaldıb.
Msport.az London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu artıq komanda ilə məşqlərə qoşulub.
Qeyd edə ki, Nkunku avqustda Dortmund “Borussiya”na qarşı yoldaşlıq görüşündə sıradan çıxmışdı.







