“Çelsi”nin istədiyi müdafiəçi
Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Usman Diomande karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Kot-d İvuardan olan müdafiəçi ilə “Çelsi” maraqlanır.
London təmsilçisinin yayda 20 yaşlı oyunçu üçün təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, Diomande cari mövsüm “Sportinq”də 27 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.