featured-image-51581

“Çelsi”nin müdafiəçisi Malanq Sarr karyerasını Fransada davam etdirəcək.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu “Lans”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Liqa 1 təmsilçisi fransalı mərkəz müdafiəçisi ilə 2026-cı ilin iyul ayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, “Çelsi” Malanq Sarrı 2020-ci ilin yayında “Nitsa”dan transfer etmişdi. Fransa U-21 millisinin sabiq üzvü ötən mövsüm London təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Bənzər xəbərlər