featured-image-26951

“Çelsi” klubunun bu mövsüm məşqçilərinə xərclədiyi məbləğ 50 milyon funtu keçib. Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu günlərdə baş məşqçi postundan uzaqlaşdırılan Qrem Potter 13 milyon funt kompensasiya alacaq.

47 yaşlı mütəxəssis London klubunda işlədiyi 7 ay ərzində təxminən 7 milyon funt da əməkhaqqı kimi əldə edib. “Çelsi” “Brayton”dan onun transfer hüquqlarını almaq üçün 22 milyon funt ödəmişdi.

Bundan əlavə, sentyabrda Tomas Tuhellə yollar ayrılarkən ona da 10 milyon funt təzminat ödənmişdi.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər