featured-image-31983

Eduar Mendi “Çelsi”dən Səudiyyə Ərəbistanının “Əl Əhli” klubuna keçir.

Msport.az xəbər verir ki, London klubu 31 yaşlı qapıçının satışı ilə bağlı razılığa gəlib. Transfer məbləği açıqlanmır.

Qolkiper “Əl Əhli” ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Müqavilə müddəti 2026-cı ilədək nəzərdə tutulub.

Yaxın günlərdə transferin rəsmən açıqlanması gözlənilir.

Seneqallı futbolçu 2020-ci ilin sentyabrından London təmsilçisində çxıış edir. O, “Çelsi” ilə Çempionlar Liqasını, Avropa Superkubokunu və klublararası dünya çempionatını qazanıb.

Mendi ötən mövsüm bütün turnirlərdə cəmi 12 oyun keçirib.

ANAR  

 

Bənzər xəbərlər