featured-image-16254

“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa “Arsenal”a qarşı İngiltərə Premyer Liqasının 15-ci turunun oyununda olmayacaq.

Msport.az xəbər verir ki, bu barədə “zadəganlar”ın baş məşqçisi Qrem Potter Xorvatiya “Dinamo”suna (Zaqreb) 2:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun oyunundan sonra məlumat verib.

Baş məşqçi, 28 yaşlı qapıçının hələlik zədəsini tam sağaltmadığını və “Arsenal”la matça hazır olmayacağını bildirib.

Noyabrın 6-da keçiriləcək “Çelsi” – “Arsenal” oyunu saat 16:00-da başlayacaq.

Bənzər xəbərlər