“Çelsi”nin sabiq oyunçusu karyerasını bitirib
ÇSKA, “Çelsi” və Rusiya millisinin sabiq futbolçusu Yuri Jirkov 39 yaşında karyerasını bitirdiyi açıqlayıb.
Msport.az xəbər verir ki, onun son klubu 2022-ci ilin yayında tərk etdiyi “Ximki” olub:
“Bundan sonra nə ilə məşğul olacam? Heç nə. Həyatdan həzz alacam” (gülür).
Jirkov 2009-2011-ci illərdə “Çelsi”nin şərəfini qoruyub. O, 2016-2021-ci illərdə “Zenit”in formasını geyinib.
Müdafiəçi Rusiya yığmasında 104 oyun keçirib və 2 qol vurub.
ANAR ABDULLAYEV







