“Çelsi”nin sahibi cinsi təcavüzdə ittiham olunur
İsveçrəli iş adamı və “Çelsi” klubunun sahibi Hansörq Viss cinsi təcavüzdə ittiham olunur.
Msport.az xəbər verir ki, 89 yaşlı funksionerə məxsus Kaliforniya şərab zavodunun keçmiş işçisi Medison Basbi onu qeyri-münasib davranışda ittiham edib.
İddiaya görə, hadisə 2019-cu ilin sentyabrında baş verib, Viss əlini qəsdən xanım Basbinin ombasına qoyub və onu oxşayıb.
Funksionerin əxlaqsız davranışları sonrakı vaxtlarda da davam etdirdiyi bildiirlib.