featured-image-29819

Maurisio Poçettino yeni mövsümdən “Çelsi”yə rəhbərlik edəcək. Msport.az xəbər verir ki, London klubu argentinalı mütəxəssislə razılığa gəlib.

Yaxın vaxtlarda klub yeni təyinatı rəsmən açıqlayacaq. “Daily Mail”in yazdığına görə, 51 yaşlı mütəxəssis qapıçı, mərkəz yarımmüdafiəçisi və hücumçu axtarışlarına başlayıb.

Qeyd edək ki, “zadəganlar”a müvəqqəti olaraq mövsümün sonuna kimi Frenk Lempard rəhbərlik edir. “Çelsi” İngiltərə Premyer Liqasında 35 oyundan sonra 43 xalla 11-ci yeri tutur.

  ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər