“Çelsi”nin yeni transfer hədəfi
“Benfika”nın futbolçusu Qonçalo Ramoş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Msport.az xəbər verir ki, 21 yaşlı hücumçu “Çelsi”nin maraq dairəsinə düşüb. Portuqaliyalı futbolçu yayda top klublardan birinə keçmək istəyir.
Qeyd edək ki, Ramoş cari mövsüm 37 oyuna çıxıb, 25 qol vurub və 10 assist edib.
Royal Türksoy







