“Çelsi” Obameyanqın yerinə onu tapdı
“Çelsi” Emerik Obemyanqı əvəz edəcək yeni hücumçunu tapıb. Msport.az xəbər verir ki, söhbət “Brentford”un futbolçusu Ayvan Tonidən gedir.
Jurnalist Saymon Devisin yazdığına görə, “Çelsi” Ayvaneni çox bəyənir: “Onun namizədliyini yeni seleksiya komandası təklif edib. Lakin futbolçunun mərc oyunları ilə bağlı problemləri var və onu cəzalandıra bilərlər. Ona görə də London klubu hələ gözləməlidir. Ancaq Toni yayda alınmaq üçün ən güclü namizəddir”.
2022-ci il noyabrın 8-də İngiltərə Futbol Assosiasiyası Tonini mərc oyunlarından istifadə etməkdə günahlandırıb. Araşdırma davam edir.







