featured-image-47609

“Çelsi” bu yay “Napoli”nin hücumçusu Viktor Osimheni almağa çalışacaq. Msport.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, London klubu forvarda görə 90 milyon avro təklif edir. “Zadəganlar” 90 milyon avrodan başqa, Romelu Lukaku və daha bir gənc futbolçunu da Nepol təmsilçisinə verməyə hazırdılar.

Nigeriyalı hücumçunun müqaviləsində sərbəst qalma məbləği 120 milyon avro göstərilib. “Çelsi” Lukaku və daha bir perespektivli oyunçu təklif etməklə, Osimhenin qiymətini bir az aşağı salmaq istəyir. Həm də Lukaku London klubunda oynamaqda maraqlı deyil.

Osimhen bu mövsüm bütün turnirlərdə 29 oyunda 16 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Napoli” ilə müqaviləsi 2026-cı ilin yayına kimdiir.

Bənzər xəbərlər