featured-image-52364

Portuqaliya millisinin futbolçusu Pedru Netunun yeni klubu müəyyənləşib.

Msport.az “Sky Sport”a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi İngiltərənin “Çelsi” klubu ilə anlaşıb.

Onun transferi 54 milyon funt-sterlinqə başa gəlib. Yığma üzvünün “Çelsi” ilə 2030-cu ilə qədər müqavilə imazalayacağı gözlənilir. Futbolçu tibbi müayinədən keçmək üçün paytaxt Londona yollanıb.

Qeyd edək ki, 2023/2024 mövsümünü “Vulverhempton” klubunda keçirən P.Netu Premyer Liqa və İngiltərə Kubokunda ümumilikdə 24 matçda meydana çıxıb, 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər