featured-image-35502

“Çelsi” heyətini yeni futbolçuyla gücləndirib.

Msport.az xəbər verir ki, “zadəganlar” “Brayton”un yarımmüdafiəçisi Moises Kaysedonu transfer edib.

London təmsilçisi bu keçid üçün qarşı tərəfə bonuslar daxil olmaqla 115 milyon funt-sterlinq ödəyib. Bu məbləğ Premyer Liqa tarixində ən yüksək göstəricidir. 21 yaşlı futbolçuyla 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Kaysedo 2020-ci ildən “Brayton”da çıxış edir. O, ötən mövsüm ərzində 43 oyunda iştirak edib, 1 qol və 1 assistlə fərqlənib.

Royal Türksoy

Bənzər xəbərlər