“Çelsi” qanalı futbolçu üçün mübarizəyə qoşulur
“Ayaks”ın futbolçusu Məhəmməd Kudus karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, qanalı yarımmüdafiəçinin transferində “Çelsi” maraqlıdır.
“Zadəganlar” Kudusu transfer etmək üçün “Liverpul”, “Mançester Yunayted”, “Arsenal” və “Real Madrid”lə mübarizə aparmalı olacaq.
Qeyd edək ki, Məhəmməd Kudus 2020-ci ildən Amsterdam klubunda çıxış edir. O, ötən mövsüm ərzində 42 matçda forma geyinib, 15 qol və 5 assistlə fərqlənib.
Royal Türksoy







