featured-image-23350

“Çelsi” rəhbərliyi baş məşqçi Qrem Potteri istefaya göndərmək niyyətində deyil. Msport.az xəbər verir ki, bu barədə “Daily Telegraph”ın jurnalisti Mett Lou məlumat yayıb.

Onun sözlərinə görə, London klubunun direktorlar şurasının Potterə münasibəti dəyişməyib. “Sautqempton”a ev oyununda 0:1 hesabı ilə  uduzduqdan sonra da rəhbərlik məşqçiyə etimad göstərir.

Mətbuat konfransında Potter məğlubiyyətə görə, məsuliyyəti öz üzərinə götürüb.

“Çelsi” turnir cədvəlində 10-cu yeri tutur. London klubu son 10 oyunda yalnız 1 qələbə qazanıb.

#Potterrəddol həştəqi ötən gün tvitterdə  trend olub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər