featured-image-65964

“Çelsi” hücumçu Ceydon Sançonun nümayəndələri ilə yeni müqavilənin şərtləri barədə danışıqlar aparır.

Msport.az xəbər verir ki, London klubu mövsümün əvvəlində “Mançester Yunayted”dən icarəyə götürülən ingilis cinah oyunçusunun komandada qalmasını istəyir.

Lakin bu, yalnız tərəflər futbolçunun maaşı barədə razılığa gəlsələr mümkün olacaq. Həmin məvacib “Çelsi”nin əməkhaqqı strukturuna uyğun olmalıdır. “Zadəganlar” icarə müqaviləsinə əsasən Sançonu təxminən 30 milyon avro qarşılığında almaq hüququna malikdir. Lakin London klubu “Mançester Yunayted”ə 6 milyon avro kompensasiya ödəyərək bu öhdəlikdən imtina edə bilər.

Daha əvvəl mətbuatda 25 yaşlı futbolçunun Mançester klubundakı həftəlik maaşının 357 min avro olduğu bildirilmişdi.

Bənzər xəbərlər