“Çelsi” “Tottenhem”in liderini istəyir
“Tottenhem” cari mövsümün sonunda Çempionşipə düşəcəyi təqdirdə əsas oyunçularını itirə bilər.
Msport.az xəbər verir ki, Premyer Liqada qalmağı bacarmayacağı halda komandadan ayrılmağa əsas namizədlərdən biri mərkəz müdafiəçisi Mikki van de Ven olacaq.
Niderlandlı futbolçunun ətrafı ilə artıq “Çelsi”nin nümayəndələri əlaqə saxlayıb və tərəflər mümkün yay transferini müzakirə ediblər.
Qeyd edək ki, van de Venlə “Barselona” və Madrid “Real”ının da maraqlandığı bildirilirdi.







