featured-image-24281

“Çelsi” baş məşqçisi Qrem Potter ilə vidalaşmağı düşünür.

Msport.az xəbər verir ki, London klubunun baş məşqçi postuna daha bir namizəd var.

Bu, “Tottenhem” və PSJ-nin sabiq çalışdırıcısı Maurisio Poçettinodur. Artıq mütəxəssislə əlaqə saxlanıldığı iddia edilir. Argentinalıya qarşıdakı oyunların Potter üçün həlledici olacağı bildirilib.

Xatırladaq ki, daha öncə Zinəddin Zidanın da “Çelsi”ni çalışdıracağı barədə xəbərlər yayılmışdı.

“Çelsi” XXV turdan sonra Premyer Liqada 31 xalla 10-cu pillədə qərarlaşıb.

Bənzər xəbərlər