“Çelsi” yayda 8 futbolçunu göndərmək istəyir
“Çelsi” rəhbərliyi yayda heyəti azaltmaq barədə düşünür. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, London klubu 8 futbolçu ilə vidalaşmağa çalışacaq.
“Zadəganlar” heyətin həddən artıq geniş olduğunu düşünür. Onlar 33 əvəzinə komandada 25 oyunçu saxlamaq istəyirlər.
Komandanı tərk etməyə namizədlər Pyer-Emeri Obameyanq, Ruben Loftus-Çik, Konor Qallaher və Hakim Zieşdir. Bundan başqa, Mateo Kovaçiç də Londonu tərk edə bilər. Xorvatiyalı yarımmüdafiəçini “Mançester Siti” və “Bayern Münhen”in baş məşqçi postuna keçmiş Tomas Tuhel bəyənir.
Qapıçı Eduar Mendi və yarımmüdafiəçi Meyson Mauntun da komandada qalması o qədər də inandırıcı deyil. Hər iki futbolçuyla müqavilənin uzadılması ilə bağlı danşıqlar dalana dirənib.
“Çelsi” Entso Fernandesin yanına daha bir dayaq yarımmüdafiəçisi almaq istəyir.
ANAR ABDULLAYEV







