“Çelsi” yeni transferini açıqladı
“Çelsi” heyətini yeni futbolçuyla gücləndirib.
Msport.az xəbər verir ki, “zadəganlar” “Monako”dan Aksel Disasini transfer edib. 25 yaşlı mərkəz müdafiəçisiylə 6 illik müqavilə bağlanılıb.
“Knyazlıq” təmsilçisi bu keçiddən 45 milyon avro qazanc əldə edib.
Qeyd edək ki, Disasi 2020-ci ildən “Monako”da çıxış edirdi. O, son mövsüm ərzində 49 oyunda iştirak edib, 6 qol və 4 assistlə fərqlənib.
Royal Türksoy







