featured-image-65856

Çempionlar Liqasının qalibi PSJ heyətini yeniləməyi planlaşdırır.

Msport.az xəbər verir ki, Fransa klubu az oyun praktikası olan futbolçuları yola salacaq.

PSJ artıq 2 futbolçunu satmaq qərarına gəlib. Söhbət hücumçular Qonzalo Ramos və Li Kanq İndən gedir.

23 yaşlı Qonzalo bu mövsümdə 41 oyunda 18 qol vurub, 6 məhsuldar ötürmə, Li isə 45 oyunda 6 qol, 6 assistlə yadda qalıb. Hər iki futbolçunun klubla müqaviləsi 2028-ci ilə qədərdir.

Bənzər xəbərlər