featured-image-47235

“Liverpul”un baş məşqçisi Yugen Klopp komandasının bu mövsüm İngiltərə Premyer Liqasında çempionluq şansını dəyərləndirib. Msport.az “Eurosport”a istinadən xəbər verir ki, o, bundan əmin olmadığını deyib:

“İnamıram ki, çempion olacağıq? Yox. Çünki turnir cədvəli və hazırkı durum belədir. Məgər bu problemdir? Yox, mən belə düşünmürəm.

Baxaq, görək, nə olacaq. Mən bilmirəm, digər komandalar kiminlə oynayırlar. “Arsenal” və “Siti”nin iki oyunda məğlub olması mümkündürmü? Az ehtimal etsəm də, ola bilər. “Liverpul” dörd oyunda qalib gələ bilərmi? Bəli, biz əvvəllər bunu etmişik, bu da mümkündür. Odur ki, bu variantı hesabdan silmirəm”.

Qeyd dək ki, 34 turdan sonra 70 xal toplayan “Liverpul” lider “Arsenal”dan 3 xal geri qalır. Kloppun komandası ehtiyatda 1 oyunu olan “Mançester Siti”dən də 2 xal geri qalır.

Bənzər xəbərlər