Çempionlar Liqası: “Barselona” yarımfinalın bir addımlığında
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
Msport.az xəbər verir ki, “Barselona” doğma azarkeşləri önündə Dortmund “Borussiya”sını qəbul edib.
Rəqibin qapısından 4 cavabsız top keçirən kataloniyalılar yarımfinalın qapısını aralayıb. Digər cütdə isə PSJ evdə “Aston Villa”dan üstün olub.
Qeyd edək ki, cavab oyunları aprelin 15-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
PSJ (Fransa) – “Aston Villa” (İngiltərə) – 3:1
“Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 4:0