Çempionlar Liqası: Yarımfinalçılar məlumdur
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Msport..az xəbər verir ki, “Bayern Münhen” evdə “Mançester Siti” ilə qarşılaşıb. Milanda “İnter” “Benfika”nı qəbul edib.
Xatırladaq ki, ötən gün “Real” və “Milan” artıq yarımfinala vəsiqəni təmin ediblər.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
19 aprel
Bayern” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 1:1
Qollar: Kimmix, 83 (penalti) – Haland, 57
Münhen. “Alyans Arena”. Baş hakim: Kleman Turpen (Fransa).
İlk oyun – 0:3.
“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) – 3:3
Qollar: Barela, 14; Martines, 65; Korrea, 78- Aursnes, 38; Silva, 86; Musa, 90+3
Milan. “Cüzeppe Meatsa” stadionu. Baş hakim: Karlos del Serro (İspaniya).
İlk oyun – 2:0.
Beləliklə, yarımfinalda “İnter” “Milan”la, “Mançester Siti” isə “Real”la üz-üzə gələcək.







