Çempionlar Liqası: Həftənin ən yaxşısı bilindi
“Real”ın (Madrid) futbolçusu Vinisius Junior Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Msport.az xəbər verir ki, braziliyalı azarkeşlərin səsverməsinə əsasən hamını qabaqlayıb.
O, Rafinya (“Barselona”), Takumi Minamino (“Monako”) və Ticani Reyndersdən (“Milan”) daha çox səs toplayıb.
Qeyd edək ki, braziliyalı Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Real” – “Borussiya” (Dortmund, Almaniya) ilə görüşündə het-trik edib.