featured-image-29589

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb. Msport.az UEFA-nın rəsmi saytına istinadən bildirir ki, siyahıya “İnter”in iki futbolçusu düşüb.

Bunlar Henrix Mxitaryan və Nikolo Barelladır. “Real”dan Vinisius Junior və “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin de Bruyne də namizədlər arasındadırlar.

Qeyd edək ki, “İnter” yarımfinalın ilk matçında “Milan” üzərində qələbə qazanıb – 2:0. “Real” isə “Mançester Siti” ilə bərabərə qalıb – 1:1.

ANAR  

Bənzər xəbərlər