featured-image-49631

Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Msport.az xəbər verir ki, püşkatmada 10 klub və 14 cüt iştirak edib.

Onlar II təsnifat mərhələsinin 12 cütünü müəyyənləşdiriblər. Azərbaycan çempionu “Qarabağ” və Türkiyə təmsilçisi “Fənərbaxça”nın da rəqibləri bəlli olub.

Bu raundun görüşləri iyulun 23-24-də və 30-31-də keçiriləcək.

II təsnifat mərhələsi
Çempionlar yolu

“Lüdororets” – “Dinamo” Bt cütünün qalibi – “Dinamo” Mn – “Pünik” cütünün qalibi
APOEL – “Ordabası” – “Petrokub” cütünün qalibi
“Ferensvaroş” – TNS – “Deçiç” cütünün qalibi
PAOK – “Borats” – “Eqnatiya” cütünün qalibi
“Bodo Qlmt” – RFŞ – “Larne” cütünün qalibi
“Malmö” – “Klaksvik” – “Differdanj” cütünün qalibi
“Vikinqur” – “Şemrok Rovers” cütünün qalibi – “Sparta”
“Balkani” – “Santa Koloma” cütünün qalibi – “Midtulland”
“Flora” – “Selye” cütünün qalibi – “Slovan” – “Struqa” cütünün qalibi
“Panevejis” – HİK cütünün qalibi – “Yagellonya”
“Hamrun” – “Linkoln” cütünün qalibi – “Qarabağ”
“Virtus” – “Styaua” cütünün qalibi – “Makkabi” TƏ

Liqa yolu
“Luqano” – “Fənərbaxça”
“Dinamo” K – “Partizan”

Qeyd edək ki, I təsnifat mərhələsinin matçları iyulun 9-10-da və 16-17-də keçiriləcək.

Bənzər xəbərlər