Çempionlar Liqası: İstanbul finalının biletləri satışa çıxdı
İstanbulda keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun biletləri satışa çıxıb. Msport.az xəbər verir ki, həlledici görüş iyunun 10-da Atatürk Olimpiya stadionunda keçiriləcək.
Biletləri yalnız “UEFA.com\tickets” saytından almaq mümkündür. Futbolsevərlər özləri üçün yalnız 2 bilet ala bilərlər.
Ən ucuz biletlər 4-cü kateqoriyaya aid olanlardır – 70 avro. 1-ci kateqoriya 690 avro, 2-ci 490 avro, 3-cü isə 180 avroya satılacaq.
ANAR







