featured-image-23653

İtaliya A seriyası klubları Çempionlar Liqasının pley-off mərhələsinə qələbə ilə başlayıblar.

Msport.az xəbər verir ki, “Milan” “Tottenhem”i (1:0), “Napoli” “Ayntraxt”ı (2:0), “İnter” isə “Portu”nu (1:0) məğlub edib.

İndiyə qədər turnirin tarixində İtaliya klubları eyni vaxtda pley-off mərhələsinin ilk oyunlarında qalib gəlməmişdilər.

İngiltərə təmsilçiləri isə əksinə 1\8 finalın ilk görüşlərində qələbəyə həsrət qalıblar. “Çelsi” “Borussiya”ya 0:1, “Liverpul” “Real”a 2:5 hesabı ilə uduzub. “Mançester Siti” – “Leyptsiq” matçı isə heç-heçə başa çatıb – 1:1.

2014-2015 mövsümündən sonra ilk dəfədir ki, Premyer Liqa klubları pley-offun ilk görüşlərində qalib gələ bilmirlər. Həmin vaxt  “Arsenal”, “Mançester Siti” və “Çelsi” meydanı qələbəsiz tərk etmişdilər.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər