Çempionlar Liqası: Kiyev "Dinamo"sundan gözlənilməz məğlubiyyət
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir. Msport.az xəbər verir ki, azarkeşlər bu gün qitənin ən nüfuzlu klub turnirində 4 görüşə şahidlik ediblər.
Kiyev “Dinamo”su Polşada “Motor Lublin Arena”da Kipr təmsilçisi “Pafos”la qarşılaşıb. Ukrayna klubu gözlənilmədən 0:1 hesabı ilə uduzub.
Çempionlar Liqası, III təsnifat mərhələsi
“Malmö” (İsveç) – “Koppenhagen” (Danimarka) 0:0
“Dinamo” (Kiyev) – “Pafos” (Kipr) 0:1
Qol: Anderson Silva, 84.
“Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan) 0:1
Qol: Toral Bayramov, 18-pen.
“Reyncers” (Şotlandiya) – “Viktoriya Plzen” (Çexiya) 3:0
Qollar: Djeidi Qassama, 15, 51, Kirill Dessers, 45-pen.
Digər 6 oyun avqustun 6-da keçiriləcək.