featured-image-53508

Çempionlar Liqasında Liqa mərhələsinin püşkü bu gün atılacaq.

Msport.az xəbər verir ki, Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İlk dəfə yeni formatla keçiriləcək turnirdə 36 komanda iştirak edəcək. Onlar püşkatmada qruplara bölünməyəcək.

Hər komanda üçün 8 rəqibin adı bəlli olacaq. Püşkdən öncə klublar hərəsində 9 komanda olmaqla 4 səbətə bölünüb.

İştirakçılar hər səbətdən, o cümlədən özünün də olduğu “doqquzluq”dan ikisi ilə – biri ilə evdə, biri ilə səfərdə görüşəcək. Liqa mərhələsi sentyabrda başlayıb həmişəki kimi dekabrda deyil, gələn ilin yanvarında bitəcək.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” Zaqreb “Dinamo”suna hər iki oyunda (0:3, 0:2) uduzduqdan sonra ölkəmizin bu turnirdə təmsilçisi olmayacaq.

1-ci səbət
“Real”
“Mançester Siti”
“Bavariya”
PSJ
“Liverpul”
“İnter”
“Borussiya” D
“Leypsiq”
“Barselona”

2-ci səbət
“Bayer”
“Atletiko”
“Atalanta”
“Yuventus”
“Benfika”
“Arsenal”
“Brügge”
“Şaxtyor”
“Milan”

3-cü səbət
“Feyenord”
“Sportinq”
PSV
“Dinamo” Z
“Zalsburq”
“Lill”
“Srvena Zvezda”
“Yanq Boyz”
“Seltik”

4-cü səbət
“Slovan”
“Monako”
“Sparta”
“Aston Villa”
“Bolonya”
“Jirona”
“Ştutqart”
“Şturm”
“Brest”

Bənzər xəbərlər