featured-image-35732

Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Xorvatiya) bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Zaqreb təmsilçisi ilk görüşdə 1:2 hesabı ilə uduzduğu AEK-in (Yunanıstan) qonağı olacaq. Görüş saat 22:45-də başlayacaq.

“Dinamo” AEK səddini adlasa, pley-off-da Belçika “Antverpen”i ilə üz-üzə gələcək. Mahirin komandası Yunanıstan klubuna uduzduğu halda isə Avropa Liqasının pley-offunda “Sparta”ya (Çexiya) rəqib olacaq.

Xatırladaq ki, bu komandalar arasında ilk görüş avqustun 8-də Yunanıstanda, cavab oyunu isə avqustun 15-də Zaqrebdə olmalı idi. Lakin avqustun 7-də – ilk matçdan əvvəl iki komandanın azarkeşləri arasında qarşıdurma yaşandığı üçün oyun təxirə salınıb.

 

Bənzər xəbərlər