featured-image-28648

UEFA-nın prezidenti Aleksandr Çeferin Çempionlar Liqası matçlarının Avropadan kənar ölkədə keçirilmə ehtimalından danışıb.

Msport.az xəbər verir ki, Çeferin Avropanın əsas klub turnirinin bəzi oyunlarının ABŞ-da keçirilə biləyəcini deyib.

“Bu reallaşa biləcək ideyadır. Bu il final İstanbulda, 2024-də Londonda, 2025-də isə Münhendə keçiriləcək. Növbəti illərin final matçlarının isə hələlik Avropada baş tutub-tutmayacağını deyə bilmərəm. Son illər ABŞ-da futbola maraq çoxalıb, onlar Avropa futbolunu yaxından izləyirlər. Avropalılar NBA-nı (Milli Basketbol Assosiasiyası) sevdiyi kimi, amerikalılar da bizim futbolu sevir” – deyib Çeferin.

Royal Türksoy

Bənzər xəbərlər