featured-image-36311

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin son iştirakçıları müəyyənləşəcək.

Msport.az xəbər verir ki, pley-offda üç cavab görüşü keçiriləcək.

II raundda “Qarabağ”ı üstələyən Polşa klubu “Rakuv” qrup ərəfəsində son sınağına çıxacaq. Adıçəkilən komanda Danimarkada “Kopenhagen”in qonağı olacaq. “Rakuv” doğma meydanda keçirdiyi ilk qarşılaşmada məğlub olduğundan, mərhələ adlamaq şansı az qiymətləndirilir.

Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
30 avqust

23:00. AEK (Yunanıstan) – “Antverpen” (Belçika)
İlk oyun – 0:1

23.00 “Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa)
İlk oyun – 1:0

23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya)
İlk oyun – 2:2

Bənzər xəbərlər