featured-image-64451

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Fransa təmsilçisi PSJ səfərdə İngiltərənin “Arsenal” klubuna qalib gəlib.

Msport.az xəbər verir ki, “Emireyts” stadionunda baş tutan matçda qonaqlar 1:0 hesablı qələbəyə seviniblər.

Yeganə qolu 4-cü dəqiqədə Usman Dembele londonluların qapısından keçirib.

Tərəflər arasında cavab görüşü mayın 7-də reallaşacaq.

Qeyd edək ki, yarımfinalın digər qarşılaşması bu gün, İspaniyada “Barselona” və “İnter” arasında gerçəkləşəcək.

Bənzər xəbərlər