Çempionlar Liqası: PSJ-yə səfərdə 1 qol bəs etdi
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Msport.az xəbər verir ki, ilk oyunda “Arsenal” PSJ-ni qəbul edib.
İngiltərədə baş tutan matçın taleyini 1 qol həll edib. 4-cü dəqiqədə Usmen Dembelenin qolu Fransa klubuna “Emireyts”də 1:0 hesablı qələbə qazandırıb. Komandalar arasında cavab matçı mayın 7-də keçiriləcək.
Yarımfinal mərhələsinin digər cütündə bu gün “Barselona” “İnter”i qəbul edəcək.